Zelenski Alyaskada Putinlə görüşdə Trampın əsas səhvindən danışıbbackend

ABŞ prezidenti Donald Tramp Alyaskada Ukrayna ilə üçtərəfli görüş keçirməli idi, belə yanaşma Ukrayna münaqişəsinin həllində daha effektli olardı.

UNIAN xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski deyib.

Bildirilir ki, Zelenskinin sözlərinə görə, əgər bu, Ukrayna ilə üçtərəfli görüş olsaydı, “biz müəyyən nəticə əldə edərdik”.

Zelenski həmçinin əlavə edib ki, Alyaskada keçirilən görüş Rusiyanı “təcriddən çıxarıb” və “başqa sammitlər və formatlar üçün qapılar” açıb.