Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması ilə bağlı kompromis axtarır.
Bu barədə Ukraynanın “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
“Rusiya bizim Donbasdan çəkilməyimizi istəyir. Bizim mövqeyimiz ondan ibarətdir ki, biz hazır deyilik. ABŞ isə kompromis axtarır”, – Ukrayna lideri bildirib.
Zelenski əlavə edib ki, hazırda “rusların sülh sazişindən imtina etdiyinə dair heç bir əlamət yoxdur”. O qeyd edib ki, Ukrayna nümayəndə heyəti bu dəfə Avropa liderlərinin də daxil ola biləcəyi növbəti danışıqlar üçün ABŞ-a yola düşüb.














