Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnını əvəzləmək barədə düşündüyünü bəyan edib. O, İtaliyanın Rai1 telekanalında müvafiq bəyanatla çıxış edib.
“Bu, Ukraynaya rəhbərlik etməli olan insanları narahat edən sualdır. Təbii ki, yenidən işə salınma və yeni başlanğıc lazımdır”, – deyə Ukrayna lideri bildirib.
O, təkcə hərbi sahədə deyil, dövlətin bəzi rəhbər şəxslərinin dəyişdirilməsini nəzərdə tutduğunu izah edib. Söhbət “ölkə avtomobilini idarə edən” bütün idarəetmə qrupundan gedir”, – deyə prezident aydınlaşdırıb.
Mənbə: Lenta.ru
