Zelenski Britaniya ilə sazişi ratifikasiya etməyi təklif edirbackend

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniya ilə 100 illik müqaviləni ratifikasiya etməyi təklif edib.

O, müvafiq qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Bu ilin yanvarında Böyük Britaniya və Ukrayna 100 illik tərəfdaşlıq sazişi imzalayıblar ki, bu saziş iki ölkə arasında ticarət, təhlükəsizlik və müdafiədən tutmuş elm və texnologiyaya, təhsil və mədəniyyətə kimi bütün münasibətlər spektri üzrə möhkəm əlaqələr qurmaq məqsədi daşıyır.

Sazişi Zelenski və Böyük Britaniyanın baş naziri Key Starmer imzalayıb.