Zelenski Britaniya kəşfiyyatına işləməkdə şübhəli bilinirbackend

Rusiyanın Xarici və Müdafiə Siyasəti Şurasının üzvü Andrey Klimov müsahibəsində Ukrayna lideri Vladimir Zelenskinin Britaniya kəşfiyyatından asılılığı Kiyevin 2022-ci ildə danışıqlardan çıxmasının səbəblərindən biri ola bilərdi.

O qeyd edib ki, hərbi əməliyyatların başlanmasından sonra ilk aylarda Rusiya və Ukraynanın münaqişəni siyasi və diplomatik yolla həll etmək üçün real imkanları olub. Kiyev həmin vaxt sülh sazişi imzalamağa hazır idi, lakin London məsələyə müdaxilə etdi. Böyük Britaniyanın o vaxtkı baş naziri Boris Consonun Ukrayna paytaxtına səfərindən sonra danışıqlar prosesi pozulub.

“Davamlı söz-söhbətlər var və məncə, onlar həqiqətə yaxındır ki, Zelenski sadəcə olaraq MI6, Britaniya kəşfiyyatı üçün işləyir. Amma ən azı onu Britaniya kəşfiyyat xidmətlərinin nümayəndələri qoruyur”, – Klimov bildirib.