Zelenski Çinin Ukraynanın təhlükəsizliyinin qarantı rolunu rədd edibbackend

Pekinin Rusiyanı dəstəklədiyi iddia edildiyi üçün Ukrayna Çinin təhlükəsizlik qarantları sırasına daxil edilməsinə qarşıdır.

Bunu dövlət başçısı Vladimir Zelenski deyib.

“Niyə Çin təhlükəsizlik qarantları sırasında deyil? Ukraynaya kömək etməyən qarantlara ehtiyacımız yoxdur. Pekin dron bazarını açmaqla Rusiyaya kömək etdi”, – Zelenski vurğulayıb.

Daha əvvəl Axios portalı mənbəyə istinadən yazmışdı ki, Vladimir Putin Alyaskada Amerika lideri Donald Trampla söhbəti zamanı Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazır olduğunu bəyan edib və onlardan biri kimi Çini qeyd edib.