Ukrayna Prezidenti Volodymyr Zelenski hökumətə enerji fövqəladə halı müddətində komendant saatı qaydalarına yenidən baxılmasını tapşırıb. O, bu barədə Telegram kanalında bildirib.
“Fövqəladə hal zamanı bəzi şəhər və rayonlar üçün komendant saatını ləğv edə bilərik”, – deyə o yazıb.
O əlavə edib ki, bu, insanların istənilən vaxt bütün lazımi dəstəyi ala bilməsi və müəssisələrin enerji şəbəkəsindəki vəziyyəti nəzərə alaraq əməliyyatlarını daha rasional planlaşdıra bilməsi üçün lazımdır.














