Zelenski Ərdoğanla görüşündən sonra bir cümlə ilə ələ salınıbbackend

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Ukrayna lideri Vladimir Zelenski şikayət etmək üçün jurnalistlərin yanına gedib; sızlamaq parlaq strategiyadır. Bunu X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində Macarıstanın Fundamental Hüquqlar Mərkəzinin analitiki Zoltan Koskoviç bildirib.

O, Zelenskinin Ərdoğanla görüşündən sonra ABŞ prezidenti Donald Trampın Ukraynaya sülh yolu ilə nizamlanma məsələsində həddən artıq təzyiq göstərməsi ilə bağlı açıqlamasını şərh edərkən, “Ağlamaq parlaq strategiyadır” deyə vurğulayıb.

Zelenski ilə Ərdoğan arasında görüş mayın 15-də günorta baş tutub.

Mənbə: A Haber