Ukrayna və ABŞ nümayəndələri noyabrın 30-da Floridada keçirilən görüşdə Cenevrə sülh sazişi layihəsini yekunlaşdırıblar.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz Telegram kanalında nümayəndə heyətinin hesabatından sonra bildirib.
Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin rəhbəri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və danışıqların digər iştirakçıları ona Amerika tərəfinin dialoqdakı əsas prioritetləri barədə məlumat veriblər.
Ukrayna prezidenti qeyd edib ki, Cenevrə sənədi əsasında iş aparılıb və bu sənəd yekunlaşdırılıb.














