Ukrayna prezidenti Vladimir Zelenski Kanadada keçirilən G7 sammitini istənilən maliyyə və siyasi dəstəyi almadan tərk edib, The Wall Street Journal yazır.
Nəşrin yazdığına görə, Ukrayna lideri ölkəsini dəstəkləmək üçün illik 40 milyard dollar vəsaitə ümid edirdi. Bundan əlavə, o, hərbi yardımı müzakirə etmək üçün ABŞ prezidenti Donald Trampla görüşməyə hazırlaşırdı. Lakin Trampın səfəri erkən başa çatıb və danışıqlar heç vaxt baş tutmayıb.
Almaniyanın “Berliner Zeitung” qəzeti Kanadada keçirilən G7 sammitində ABŞ və Ukrayna prezidentlərinin uğursuz görüşünün Kiyevə zərbə olduğunu yazıb. Nəşrin müəllifinin fikrincə, Trampın Vaşinqtona vaxtından əvvəl qayıtması Kiyevə “acı mesajdır” və bu, ABŞ üçün Ukrayna münaqişəsinin arxa plana keçməsi deməkdir.