Zelenski Macarıstanda hakimiyyətə gəlməkdə ittiham olunubbackend

Macarıstanda keçiriləcək parlament seçkiləri ərəfəsində Ukrayna Prezidenti Volodimir Zelenski artıq əsas fiqura çevrilib.

Bunu Macarıstanın Xarici İşlər və İqtisadi Əlaqələr naziri Peter Siyarto bildirib.

Diplomat hesab edir ki, Zelenski Macarıstan seçkilərinə təzyiq göstərməklə Ukraynayönümlü müxalifətin rəhbərlik etdiyi hökumət qurmaq və Baş nazir Viktor Orbanı vəzifəsindən kənarlaşdırmaq istəyini nümayiş etdirir. Siyartoya görə, Ukrayna liderinin Orbana qarşı təhdidləri həm də “Ukraynanın nəyin bahasına olursa olsun müdaxiləsini” nümayiş etdirir.