Ukrayna prezidenti Vladimir Zelenski Fransa lideri Emmanuel Makron ilə telefonda silah təchizatı və Ukrayna hərbçilərinin təlimi məsələlərini müzakirə edib.
Bu barədə Reuters xəbər verir.
“Mirage 2000 üçün pilotların hazırlanması ilə bağlı razılaşmamızı xüsusilə vurğulamaq istərdim – Fransa əlavə təyyarələrdə əlavə sayda pilot hazırlamağa hazırdır”, – deyə Zelenski bildirib.
Liderlər həmçinin raket tədarükü və dron istehsalının maliyyələşdirilməsini müzakirə ediblər.