Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Kiyev həmçinin Rusiyanın MAX mesajlaşma tətbiqinə də daxil olacaq.
Bu barədə RBC Ukrayna özünün Telegram kanalında məlumat verib.
Zelenski qeyd edib ki, Rusiyada Telegram-a qoyulan məhdudiyyətlər “Kiyevin cəmiyyətə siqnal ötürməsini daha da çətinləşdirir”, lakin o, artıq MAX ilə bağlı hesabat alıb.
“Düzünü desəm, biz Rusiyada da Telegram vasitəsilə işləyirik. Biz həmçinin MAX-a da daxil olacağıq”, – deyə o bildirib.















