Ukrayna prezidenti Vladimir Zelenski “The Sun” qəzetinə müsahibəsində deyib ki, ordu üçün siyasətlə məşğul olmaq “böyük səhvdir”.
“Əgər hərbçi siyasətlə məşğul olmaq qərarına gəlibsə və burada o, öz hüququ daxilindədirsə, qoy bunu etsin, amma sonra müharibəyə girə bilməz. Müharibə aparırsansa, sabah siyasətə gedəcəyini və ya seçkiyə qatılacağını düşünərkən, o zaman həm sözdə, həm də cəbhədə özünü hərbçi kimi yox, siyasətçi kimi aparacaqsan, məncə, böyük səhvdir”, – Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Ukraynadakı hərbçilər 2014-cü ilin Maydanından sonra fəal siyasətlə məşğul olmağa başlayıblar, çünki “məğlub olublar, reputasiyası və buna bənzərləri məhv edilib”.
Mənbə: The Sun

