Ukrayna prezidenti Vladimir Zelenski Tvitter hesabında bildirib ki, “siyasi məqamların” Ukrayna ilə Polşa arasında münasibətləri korlamasına imkan verməmək vacibdir.
“Bizimlə birlikdə dənizdən dənizə Avropanın əsl sipərinə çevrilmiş Polşanın tarixi dəstəyini həqiqətən yüksək qiymətləndiririk. Və bu qalxanda heç bir çat ola bilməz. Biz heç bir siyasi məqamın Ukrayna və Polşa xalqları arasında münasibətləri korlamasına imkan verməyəcəyik və emosiyalar mütləq soyumalıdır”, – deyə Ukrayna Prezidenti yazıb.
O əlavə edib ki, indiki dövrdə siyasətin xalqların birliyindən, emosiyaların isə onların köklü maraqlarından yüksəkdə olmağa çalışdığı müxtəlif “cərəyanlar” nəzərə çarpır.
Mənbə: Lenta.ru

