Ukrayna prezidenti Vladimir Zelenski 1944-cü ildən 1951-ci ilə qədər ukraynalıların Polşadan çıxarılmasına dair qərarların qanunsuz olduğunu tanıyan qanunu imzalayıb. Bu barədə məlumat Ali Radanın saytında dərc edilmiş qanun layihəsində öz əksini tapıb.
Qeyd olunur ki, 1944-cü ildə Polşa Milli Azadlıq Komitəsi Belarus SSR, Ukrayna SSR və Litva SSR ilə Polşa ordusuna ukraynalıları zorla deportasiya etməyə imkan verən müqavilələr bağlayıb. Nəticədə 480 min insan Sovet İttifaqı ərazisinə göndərildi.
Yeni qanun layihəsinə uyğun olaraq, Kiyev deportasiya edilənlərə və onların övladlarına kompensasiya və sosial təminat verməyi öhdəsinə götürür.