Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya lideri Vladimir Putinlə görüşün ABŞ-da, Yaxın Şərqdə və ya Avropada baş tuta biləcəyinə inanır. O, bu fikri İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə bölüşüb.
Yayım zamanı siyasətçi Putinlə görüşməyə hazır olduğunu bildirib. Lakin o, sammitin Moskvada və ya Kiyevdə keçirilə bilməyəcəyini vurğulayıb.
“Amma görüşə biləcəyimiz bir çox yer var – Yaxın Şərqdə, Avropada, ABŞ-da”, – deyə o bildirib.














