Zelenski Putinlə “təzyiq dili” ilə danışmağa çağırıbbackend

Ukrayna prezidenti Vladimir Zelenski beynəlxalq ictimaiyyəti Rusiya lideri Vladimir Putinlə “təzyiq dili ilə” danışmağa və Kiyevlə bağlı “qətiyyətli qərarlar” qəbul etməyə çağırıb.

Yazı onun Telegram kanalında yer alıb.

Zelenski bəyan edib ki, Rusiya Silahlı Qüvvələri payızın əvvəlindən Ukraynanın enerji infrastrukturuna “hər gün” zərbələr endirir.

“[Prezident Vladimir] Putin dünyanın dediklərinin hamısını eşitmir, ona görə də onun hələ də başa düşə biləcəyi yeganə dil təzyiq dilidir. Sanksiyalar vasitəsilə təzyiq, uzaq məsafəli hücumlar vasitəsilə təzyiq. Kömək edəcək güclü qərarlar qəbul edilə bilər”, – Zelenski yazıb.