Ukrayna prezidenti Vladimir Zelenski Avropa Siyasi Birliyinin Qranadada keçirilən sammitində iştirak etmək üçün İspaniyaya səfər edib, Reuters xəbər verir.
Ukrayna liderinin Telegram kanalı bildirir ki, Ukrayna Avropa Birliyinin digər ölkələri ilə birlikdə qitədə təhlükəsizlik və sabitlik naminə sammitdə iştirak edir.
O əlavə edib ki, ümumi formatlarda iş və mühüm ikitərəfli görüşlər gözlənilir.
Mənbə: Reuters