Ukrayna prezidenti Vladimir Zelenski öz Teleqram kanalında BMT-nin baş katibi Antonio Quterreşlə söhbət etdiyini və bu söhbət zamanı tərəflərin dəniz yolu ilə ərzaq tədarükünün bərpası üzrə işi davam etdirmək barədə razılığa gəldiyini bildirib.
Zelenski bir daha Rusiyanı Afrikanın aclıqdan əziyyət çəkən ölkələrində vəziyyəti sabitsizləşdirməyə çalışmaqda ittiham edib.
Ukrayna prezidentinin sözlərinə görə, o və Quterreş Qara dəniz vasitəsilə ərzaq tədarükünü bərpa etmək üçün “məsul dövlətlərlə” birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Mənbə: Gazeta.ru

