Ukrayna prezidenti Vladimir Zelenski Rumıniyanın baş naziri Marsel Çiolaku ilə görüşüb və Ukraynanın kənd təsərrüfatı məhsulları üçün yeni tranzit marşrutlarının işlənməsini müzakirə edib. Bu barədə Ukrayna lideri öz Telegram kanalında yazıb.
Tərəflər Rumıniyadan Ukraynaya gələcək hərbi dəstəyi və ərzaq təhlükəsizliyi sahəsini, o cümlədən Ukrayna kənd təsərrüfatı məhsullarının Rumıniya ərazisindən tranziti üçün yeni logistik marşrutların hazırlanmasının vacibliyini müzakirə ediblər.
“Ukraynanın, Ukrayna xalqının dəstəyinə və döyüş meydanında bizi gücləndirən hərbi yardım paketlərinə görə Rumıniyaya təşəkkür edirəm”, – deyə Zelenski bildirib.
Mənbə: TASS