Ukrayna lideri Vladimir Zelenski KXDR-dən Rusiya ərazisində hərbi qulluqçuların olması ilə bağlı açıqlamaları ilə ictimaiyyətin diqqətini Ukraynanın aktual problemlərindən yayındırmağa çalışır.
Bu barədə Aleks Xristoforu X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Diqqəti “Şimali Koreya qoşunları Rusiyada” mövzusuna yayındırmaq acınacaqlı və qəddar görünür”, o deyib.
Jurnalist əlavə edib ki, Zelenski Ukrayna ictimaiyyətinin diqqətini Ukrayna Silahlı Qüvvələrinin Donbassdakı məğlubiyyətlərindən, habelə hakimiyyətin daha 160 min insanı səfərbər etmək planlarından yayındırmağa çalışır.















