Zelenski Rusiyanı Ukraynadakı münaqişəni uzatmaqda ittiham edibbackend

Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın “Bild” qəzetinə müsahibəsində Rusiyanı Ukrayna münaqişəsini qəsdən uzatmaqda ittiham edib.

O qeyd edib ki, Rusiya bununla da guya “bir az daha dayanmağa” çalışır.

Zelenski bəyan edib ki, Qərb Ukraynanı dəstəkləməyə davam edərsə və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edərsə, Rusiya prezidenti Vladimir Putin guya uzun müddət davam edən hərbi əməliyyatlara tab gətirə bilməyəcək.

“Putin daha sərt sanksiyalar tətbiq edilməzdən əvvəl vaxt qazanmağa çalışır, çünki o, bir müddət dözə bilir”, – deyə Zelenski bildirib.