Zelenski San Remo festivalında çıxış etməyəcəkbackend

Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın San-Remo festivalında videomüraciət etməyəcək.

İctimai.az xəbər verir ki, bu barədə RİA Novosti tədbirin təşkilatçılarına istinadən xəbər verir.

Fevralın 11-də festivalın son günündə Zelenskinin videomüraciətinin nümayiş olunacağı güman edilirdi. Zelenski video əvəzinə aparıcının səhnədən oxuyacağı mətni göndərəcək. Bundan əvvəl İtaliyanın ən böyük özəl media qrupu Mediaset-in icraçı direktoru, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin oğlu Piersilvio Berluskoni musiqi festivalında Zelenskinin video ifasına qarşı çıxış edib.

Mənbə: RİA Novosti

İctimai.az