Zelenski səhnələşdirilmiş fotoda yaxalanıbbackend

Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevdə elektrik kəsintisi zamanı tabeliyində olanlarla onlayn görüş zamanı çəkilmiş fotosu səhnələşdirilib.

Bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko özünün Telegram kanalında bildirib.

Onun sözlərinə görə, fotoda Zelenskinin qaranlıq otaqda yalnız elektrik enerjisi ilə işləyən masaüstü kompüterə baxdığı göstərilir.

Qonçarenko hesab edir ki, fotonu daha inandırıcı etmək üçün noutbuk və ya telefondan istifadə edilməli idi.

“Amma biz buna inanırdıq! O, heç vaxt bizə yalan danışmayıb!” – deyə deputat əlavə edib.