Ukrayna prezidenti Vladimir Zelenski təhlükəsizlik qüvvələrinə ölkə sərhədinin qanunsuz keçməsi problemini həll etmək üçün iki həftə vaxt verib. Bu barədə o, özünün Telegram kanalında bildirib.
Zelenskinin sözlərinə görə, təhlükəsizlik qüvvələri ona sərhədi qanunsuz keçmə faktları barədə ayrıca məlumat veriblər. O qeyd edib ki, iki həftə ərzində onlar sərhədlə bağlı problemli məsələlərin həlli üçün dəqiq plan hazırlayıb təqdim etməlidirlər. Zelenski vurğulayıb ki, bu suallar tamamilə başa düşüləndir.
Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Artem Dmitruka qarşı ölkə sərhədini qanunsuz keçmək ittihamı ilə cinayət işi açıldığı bildirilirdi.
Mənbə: TASS