Zelenski Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə danışıqlar aparıbbackend

Ukrayna Prezidenti Vladimir Zelenski Ciddədə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparıb. Bu barədə Ukrayna lideri öz Telegram kanalında məlumat verib.

Zelenskinin mesajına əsasən, o, Səudiyyə şahzadəsi ilə beynəlxalq vəziyyət və onun inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıb.

“Ukrayna dəstəyinə görə Səudiyyə Ərəbistanına minnətdardır. Biz Əlahəzrətinin sülhün tezliklə bərpasına kömək etmək istəyini yüksək qiymətləndiririk”, – deyə Ukrayna prezidenti bildirib.

Mənbə: A Haber