Zelenski Trampa Rusiya ilə bağlı tövsiyələr veribbackend

ABŞ prezidenti Donald Tramp Moskvanı danışıqlar masasına oturtmaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməlidir.

Bunu Bild-ə müsahibəsində Ukrayna lideri Vladimir Zelenski deyib.

“Düşünürəm ki, tarixən onun üçün (Tramp) dünyada sülhü bərpa etməkdən vacib heç nə yoxdur. Tramp sanksiyalar tətbiq etməlidir ki, Putin dərhal “Gəlin müharibəni bitirmək haqqında danışaq” desin.

Onun sözlərinə görə, Tramp guya “Rusiya tərəfinin tamamilə dürüst və açıq olmadığını” görür. Zelenski iddia edir ki, Moskva “gücdən başqa heç nə başa düşmür” və Amerikada bu güc var. O, Vaşinqtonun bunu başa düşəcəyinə ümid etdiyini bildirib.