Zelenski Ukrayna üçün çətin günlər proqnozlaşdırırbackend

UNIAN-ın sitat gətirdiyinə görə, yaz və yay Ukrayna üçün siyasi, diplomatik və hərbi baxımdan çox çətin olacaq.

Onun sözlərinə görə, yayın başlaması ilə ABŞ ara seçkilərlə bağlı daxili proseslərlə məşğul olacaq. Ukrayna sentyabr ayına qədər ciddi çətinliklərlə üzləşəcək və ABŞ “bu dialoq üçün daha çox vaxt verməyəcək”. Zelenski hesab edir ki, Vaşinqtonun bir növ “daxili siyasi son tarixi” var.

“Bu yaz və yay siyasi və diplomatik baxımdan olduqca çətin olacaq. Ukraynaya təzyiq ola bilər. Döyüş meydanında da təzyiq olacaq. Lakin biz Ukraynanın milli maraqlarını və təhlükəsizliyi nəyin təmin edə biləcəyini başa düşürük”, – deyə Zelenski bildirib.