“Strana.ua” nəşri xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski enerji infrastrukturuna hücumlar fonunda ölkədə elektrik enerjisinin geniş kəsilməsinin mümkünlüyü ilə bağlı suala qəti cavab verə bilməyib.
Brifinq zamanı jurnalistlər dövlət başçısından Ukraynanın elektrik enerjisi ilə təminatının necə olacağını soruşublar.
“Bu gün bunu demək mənim üçün çətindir. Biz bütün müvafiq çağırışlara hazır olacağıq. Biz hər gün bunun üzərində işləyirik”, – Zelenski bildirib.
Eyni zamanda o, enerji obyektlərinə hücumlar olacağı təqdirdə Ukraynanın cavab tədbirləri görəcəyini vurğulayıb.