Zelenski Ukraynada səfərbərliyin gedişatını qiymətləndirib

Ukrayna ərazisində səfərbərlik plana uyğun olaraq həyata keçirilir, ölkə prezidenti Vladimir Zelenski bildirib.

O, dövlət başçısının aparatının “YouTube” kanalında yayımlanan mətbuat konfransında vətəndaşların hərbi xidmətə çağırılması ilə bağlı vəziyyəti şərh edib.

Ukrayna liderinin sözlərinə görə, indi orduya insanların qəbulu ilə bağlı əsas problemlərdən biri təlim sahələrinin olmamasıdır. Söhbət işə qəbul olunanların hazırlanması üçün istifadə olunan obyektlərdən gedir.

“Onları genişləndirmək mümkündürmü? Genişlənmə artıq davam edir”, – Zelenski bildirib.

Mənbə: A haber

Oxşar xəbərlər