Zelenski Ukraynadakı münaqişəyə son qoymağa hazır olduğunu bəyan edibbackend

Ukrayna sülh gətirə biləcək real qərarlara hazırdır.

Bu barədə ölkə prezidenti Vladimir Zelenski özünün Telegram kanalında yayımladığı videomüraciətdə bildirib.

Siyasətçi vurğulayıb ki, Ukraynaya qarşı və onun iştirakı olmadan qəbul edilən istənilən qərar eyni zamanda sülh əleyhinə qərardır və heç bir nəticə verməyəcək, heç vaxt nəticə verməyəcək.

“Və hamımızın insanların hörmət edəcəyi real, canlı sülhə ehtiyacımız var. Biz prezident [ABŞ Donald] Trampla birlikdə, bütün tərəfdaşlarla birlikdə real və ən əsası, uzunmüddətli sülh – Moskvanın istəkləri üzündən dağılmayacaq sülh üçün işləməyə hazırıq”, – deyə Zelenski bildirib.