Zelenski Ukraynanın NATO-ya daxil olmasının şərtini açıqlayıbbackend

Ağ Ev rəhbəri Donald Tramp istəsə, Ukrayna NATO-ya üzv olacaq. RBC-Ukrayna onun sözlərini sitat gətirir, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

“Əgər Tramp Ukraynanı NATO-da görməyə hazırdırsa, biz alyansda olacağıq. Əks halda biz NATO-da olmayacağıq”, – deyə o bildirib.

Ukrayna lideri ABŞ prezidentinin iradəsini alyansa üzv olan bir sıra dövlətlərin mövqeyinin dəyişdirilməsi və Ukraynanın ona daxil olması üçün şərt adlandırıb. Zelenski qeyd edib ki, ABŞ, Slovakiya, Macarıstan və Almaniya Ukraynanın NATO-ya üzvlüyünə qarşıdır.