Ukrayna prezidenti Vladimir Zelenski və NATO-nun baş katibi Mark Rutte Avropa Komissiyasının sədri Ursula fon der Leyendən ABŞ prezidenti Donald Trampın Kiyevə dəstəyini geri götürəcəyindən qorxaraq onun tənqidlərinə cavab verməməyi xahiş ediblər, Financial Times (FT) mənbələrə istinadən xəbər verir.
“Zelenski və Mark Rutte keçən həftə von der Leyendən Trampın hücumuna cavab olaraq onu tənqid etməməyi xahiş ediblər”, – nəşr yazıb.
Nəşr həmçinin qeyd edib ki, Aİ-nin yüksək rütbəli rəsmiləri fon der Leyenin ABŞ administrasiyasının sərt bəyanatları ilə bağlı susmasından hiddətlənib. Mənbələrə görə, bəzi liderlər hətta Tramp və komandası ilə ünsiyyət kanalı kimi Brüsseldən yan keçməyi təklif ediblər.














