Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin mayın 14-dən uzadılması ilə bağlı qanun layihələri Ali Radaya təqdim edilib. Bu barədə Ukrayna parlamentinin saytında məlumat verilib.
Sənədi dövlət başçısı Vladimir Zelenski təqdim edib. Layihələrdə hərbi vəziyyətin mayın 14-də Moskva vaxtı ilə saat 05:30-dan etibarən 90 gün müddətinə uzadılması təklif edilir. Eyni zamanda ümumi səfərbərliyi də uzadırlar.
Parlament xatırladıb ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-də tətbiq edilib. O vaxtdan bəri bir neçə dəfə uzadılıb.
Mənbə: Lenta.ru