Ukrayna prezidenti Vladimir Zelenski və ailəsi 2022-ci ildə 3,7 milyon qrivna (98 min dollardan çox) qazanıb. Bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.
2022-ci il bəyannaməsinə görə, Zelenski və ailəsinin gəliri 3,692 milyon qrivna təşkil edib. 2021-ci ildə Ukrayna prezidentinin gəliri demək olar ki, 11 milyon qrivna (290 min dollardan çox) təşkil edib. 2020-ci illə müqayisədə gəlirlər təxminən 12 milyon qrivna (320 min dollar) azalıb.
2023-cü ilin dekabrında bildirildi ki, Ukrayna öz gəlir və xərclərini bəyan etməli olan deputatların, məmurların, hakimlərin və digər şəxslərin bəyannamələrinin reyestrinə girişi açacaq.
Mənbə: Lenta.ru