Vladimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, səfərbərlik haqqında qanun layihəsinə edilən dəyişikliklər mümkün qədər tez qəbul edilməlidir. O, bu barədə Ümumkrayna telemarafonunda efirdə bildirib.
Onun sözlərinə görə, parlament səfərbərlik haqqında qanun layihəsinə dəyişiklikləri birinci oxunuşda tez qəbul etməli, sonra ikinci oxunuşda əlavə dəyişikliklər etməlidir.
“Hesab edirəm ki, müzakirə prosedurunu sürətləndirmək və müəyyən qərarlara gəlmək lazımdır. Və bu qərarlar təcili qəbul edilməlidir”, – Podolyak qeyd edib.
Mənbə: TASS