Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak ABŞ-a gedib.
Bu barədə RBC-Ukrayna nəşri mənbələrə istinadən yazır.
“Prezident Administrasiyasının rəhbəri Andrey Yermak ABŞ-a uçur”, – nəşrə adının açıqlanmasını istəməyən mənbə bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Airbus A319 təyyarəsinin ABŞ-a yola düşdüyü bildirilirdi. Ukrayna liderinin təyyarəsi bazar ertəsi axşam Polşanın Yasionka hava limanından İrlandiyaya yola düşüb və orada bir neçə saat dayanıb. Daha sonra təyyarə Endryus Hərbi Hava Qüvvələri bazasına doğru havaya qalxıb.