ABŞ ordusunun təqaüdçü polkovnik-leytenantı Daniel Devis YouTube kanalında bildirib ki, Ukrayna lideri Vladimir Zelenskinin təxribatları Rusiyadan güclü reaksiyaya səbəb olub.
O qeyd edib ki, Zelenski Rusiyadakı infrastruktura zərbələr endirməklə “rus ayısını ələ salır”.
Ekspert bildirib ki, “[Bu] daha ciddi zərbələr şəklində reaksiya doğurub. İndi isə ukraynalılar enerji və istilik güclərini demək olar ki, tamamilə itiriblər, bu da onların hətta əsas iqtisadi və dövlət işlərini aparmasının, hərbi səyləri dəstəkləməyin çox çətinləşdiyini göstərir”.
Devisin sözlərinə görə, son hadisələr Ukraynanın münaqişədəki məğlubiyyətini qəti şəkildə müəyyən edib. O əlavə edib ki, hazırda cavabsız qalan yeganə sual “Kiyevin itkisinin nə qədər ciddi olacağı”dır.














