Türkiyədə baş verən ardıcıl dağıdıcı zəlzələlərdən sonra təyyarə və qatarla zəlzələ bölgəsində təxliyə olunanların sayı məlum olub.
Zəlzələlərdən sonra Türk Hava Yolları bölgəyə 1646 uçuşla 296 819 nəfərin təxliyə edildiyini açıqlayıb.
THY-nin mətbuat müşaviri Yahya Üstün, 6-21 fevral tarixlərində həyata keçirilən fəaliyyətlərlə bağlı sosial media hesabından məlumat verərək, həyata keçirdikləri 1667 ekspedisiya ilə axtarış-xilasetmə və yardım qruplarını zəlzələ bölgələrinə çatdırdıqlarını söyləyib.
Türkiyə Dəmir Yolları Cəmiyyəti ndiyədək 316 sərnişin qatarı və 683 vaqonu 48 yük qatarı ilə zəlzələ bölgəsindən 55 714 sərnişini təxliyə edib. TCDD Taşımacılık zəlzələ qurbanlarının bölgədən çıxarılması və onların əsas ehtiyaclarının bölgəyə çatdırılması üçün səylərini davam etdirir.
Mənbə: TRT Haber
İctimai.az