Zəlzələ dağıntıları altında qalan çavuş şəhid oldubackend

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdə yaxalanan iki uşaq atası çavuş İsgəndər Kahraman dağıntılar altında qalaraq şəhid olub.

İctimai.az xəbər verir ki, Çavuş Kahraman məzuniyyət almaq üçün məmləkəti Vana gələcəyi və bunun üçün Hatayda qaldığı öyrənilib.

Şəhid Mütəxəssis Çavuş Kahramanın evli və iki uşaq atası olub.

Qaldığı müəllimin evində dağıntılar altında qalaraq həyatını itirən Kahramanın elə Vanda torpağa tapşırılacağı bildirilib.

Mənbə: İHA

İctimai.az