Zəlzələdə həlak olan daha bir vətəndaşımızın nəşi Azərbaycana gətirilirbackend

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan daha bir vətəndaşımızın cənazəsi Azərbaycana gətirilir”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O qeyd edib ki, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının nəşi bu gün günorta saatlarında ölkəyə gətiriləcək.

A.Hacızadə əlavə edib ki, bu gün zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyə edilməsi gözlənilmir.