Zəlzələdən qurtulan ailə yanğında dünyasını dəyişdibackend

Konyada yanğın zamanı fərdi yaşayış evinin damının uçması nəticəsində zəlzələ qurbanı olduğu öyrənilən 7 xarici ölkə vətəndaşı həyatını itirib.

Evdə kirayəçi kimi yaşayan ailənin 2 üzvü xəsarət alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Yediler Mahallesi Sırrıağa küçəsində, biri qonaq olan iki suriyalı ailənin qaldığı fərdi evdə yanğın baş verib.

Vəziyyətin bildirilməsi ilə hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və 112 Təcili Yardım qrupları göndərilib.
Yanğınsöndürənlərin yanğına müdaxiləsi zamanı evin dam örtüyü dağılıb.

Söndürmə işlərindən sonra hadisə yerinə gələn iş maşınları ilə evin qalıqları çıxarılıb.

Qeyd edək ki, dünyasını dəyişən şəxslər bir neçə gün öncə zəlzələ zamanı Qaziantepin Nurdağı rayonundan şəhərə gələn ailənin üzvləridir.

Mənbə: Haberturk

İctimai.az