Zemfira Meftahətdinova vəzifəsindən azad edildibackend

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Zemfira Meftahətdinova 1963-cü il mayın 28-də Bakı şəhərində anadan olub.

1979-1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda, 2000-2005-ci illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır.

Zemfira Meftahətdinova ailəlidir. Bir qızı və bir oğlu var.