Zəngəzur dəhlizi Xəzəryanı dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına yol açacaq – Anar Məmmədovbackend

Azərbaycan həyata keçirdiyi uğurlu diplomatiya sayəsində regionun maraq və mənafeyini qətiyyətlə müdafiə edən lokomotiv dövlətə çevrilmişdir. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən müstəqil xarici siyasət aparan respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını artırmaqdadır. Ölkəmizin zəngin təbii ehtiyatları respublikamızın daha da qüdrətlənməsi və əhalinin rifahının yüksəlməsi üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və enerji təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir.Bu baxımdan Azərbaycanın Xəzəryanı ölkələrlə əməkdaşlığının ildən-ilə genişlənməsi də diqqəti cəlb edir.

Bu fikirləri “Yeni Gündəm”ə açılamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Bildiyimiz kimi, 2002-ci ildə Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Azərbaycan və Rusiya tərəfi birgə bəyanat imzalamışdır. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olmuşdur. 2007-ci  ildə Tehranda keçirilən zirvə görüşündən sonra Xəzəryanı ölkələr arasında iqtisadi, siyasi, mədəni, ətraf mühitin mühafizəsi və digər sahələrdə əlaqələr daha da genişlənmişdir. Ən başlıca isə 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında  Konvensiya ölkəmizin xarici siyasətinin böyük uğurudur. Bu konvensiya ilə 20 ildən artıq davam edən danışıqlara yekun vuruldu, Xəzərin hüquqi statusu müəyyən olundu.

Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Xəzər dənizində əməkdaşlığa, aktual beynəlxalq və regional məsələlərə, o cümlədən Xəzərin ekoloji problemlərinə dair müzakirələr aparıldı, görüş əlamətdar hadisələrlə yadda qaldı. Xəzəryanı ölkələrin energetika, dəniz nəqliyyatı, ekologiya, Xəzərin bioloji müxtəlifliyinin qorunması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində əldə olunan uğurlar və qarşıda duran vəzifələr müzakirə predmeti olduXəzər dənizinin dibinin sərhədləri barədə ikitərəfli və çoxtərəfli formatlarda hüquqi cəhətdən məcburi sazişlər bağlandı.

Prezident İlham Əliyevin VI Zirvə Toplantısında qeyd etdiyi kimi, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. “Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalırdeyən Prezident İlham Əliyev ölkəmizin bu məsələyə verdiyi töhfələri diqqətə çatdırdı.

Xəzər dənizi ətraf ölkələrin nəqliyyat infrastrukturunun genişlənməsi, xidmətlərin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Dənizin sahillərində salınmış limanlardan istifadə qabiliyyətinə görə də Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.

Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Müxtəlif marşrutlar üzrə Azərbaycan ərazisindən keçməklə yükdaşımaların həcmi ildən-ilə artır. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilməsi və istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın mühüm töhfəsidir. Zəngəzur dəhlizi isə Xəzəryanı dövlətlərin beynəlxalq nəqliyyat əlaqələrinin inkişafına və şaxələnməsinə yol açacaq.

Xəzəryanı ölkələrin dövlət başçılarının VISammitinin gedişi bir daha göstərdi ki,  dövlətlər əməkdaşlığın mövcud səviyyəsindən razıdırlar və münasibətlərin intensiv inkişafında maraqlıdırlar.