“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan “Marsel”i çalışdıra bilər. Bu barədə France Bleu məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı mütəxəssis Marsel layihəsindən razı deyil və hazırda klubun müstəqil şəkildə yüksək hədəflərə çata biləcəyinə inanır. Qeyd olunur ki, Zidan “Marsel”in Səudiyyə Ərəbistanından olan şeyxlər tərəfindən alınacağı təqdirdə baş məşqçi olmağa hazır olduğunu açıqlayıb.
Fransız mütəxəssis 2016-2018, eləcə də 2019-2021-ci illərdə “Real Madrid”i çalışdırıb. Bu müddət ərzində o, komandanı iki dəfə La Liqa çempionluğuna aparıb, iki dəfə İspaniya Superkubokunu və UEFA Super Kubokunu qazanıb, iki dəfə Klublararası Dünya Kubokunu və üç dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Mənbə: TRT Sport

