“Zirə” klubuna texniki məğlubiyyət verilibbackend

Gənclər Liqasının “Zirə” – “Qəbələ” oyununun nəticəsi ləğv olunub.

İctimai.az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi çıxarıb.

Buna səbəb Bakı klubunun heyətində adı protokolda qeyd edilməyən 45 nömrəli futbolçunun meydana daxil olmasıdır. AFFA “Zirə”yə 0:3 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, paytaxt təmsilçisi ev oyununda 3:2 hesablı qələbə qazanmışdı.