Zukerberq iki gadgetı bir yerdə birləşdirməyi planlaşdırıbbackend

Meta Korporasiyasının  Reality Labs bölməsi Mark Zukerberqin iki gadgetı – ağıllı saatla birləşdirilmiş displeyli smart eynəkləri buraxmaq qərarına gəlib.

Bu barədə “The Verge” məlumat yayıb.

Qeyd olunur ki, eynək vəziyyətində ilk olaraq ikinci nəsil Ray-Ban Stories buraxılacaq. Bunlar 2023-cü ilin sonunadək buraxılması planlaşdırılan kamera və mikrofonlu gün eynəkləridir.

2025-ci ildə Zukerberq daxil olan mesajları göstərmək, mətni real vaxtda tərcümə etmək və QR kodları skan etmək üçün vizör displeyli üçüncü nəsil smart eynəkləri satışa çıxarmağı planlaşdırır.

Mənbə: gazeta.ru

İctimai.az