1 İyun – Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə Səbail rayonunda bayram tədbiri keçirilibbackend

1 İyun – Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə Səbail rayonunda bayram tədbiri keçirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının əməkdaşları, şəhid ailələrinin övladları iştirak edib.
İlk öncə şəhid ailələrinin övladları üçün dənizkənarı bulvar idarəsinin dəstəyi ilə bulvar ərazisində yerləşən atraksiyonlarda balaca uşaqların əyləncəsi təşkil olunub.
Daha sonra uşaqlar üçün Azərbaycan kinoteatrında cizgi filmi nümayiş etdirilib.
Sonda 1 İyun – Uşaqları Beynəlxalq Müdafiə günü münasibətilə şəhid övladları üçün ləziz yeməklərlə dolu nahar süfrəsi açılıb.
Qeyd edək ki, YAP Səbail rayon təşkilatı hər zaman şəhid və qazi ailələrini diqqətdə saxlayır, mütəmadi olaraq tədbirlər təşkil edir.