Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus dörd təyyarəni məhv edibbackend

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus dörd təyyarəni, üç helikopteri və bir PUA-nı məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

Həmçinin bildirilir ki, “Kiyev vilayətində düşmənin Su-35, Su-34 və Su-25 kimi bir qrup təyyarəsi ukraynalı müdafiəçilərin müdafiə istehkamlarına raket-bomba zərbələri endirməyə cəhd göstərib”.